İstanbulda azərbaycanlı jurnalistlərin yaratdığı yeni kütləvi informasiya vasitəsi fəaliyyətə başlayıb. Asasmedya.info adlanan bu saytın əsas məramı Azərbaycanın mədəniyyətini, tarixini, ziyalılarını Türkiyə ictimaiyyətinə tanıtmaq, Qarabağ problemini geniş şəkildə işıqlandırmaqdır.

Burada Azərbaycanda baş verən və Türkiyə oxucuları üçün maraqlı olan hadisələrə dair məlumatlar, müxtəlif mövzularda xəbərlər yer alacaq. Layihənin ideya rəhbəri Şəbnəm Karslı, baş redaktoru Elçin Aslangildir. Saytın kollektivi Bakıdakı həmkarlarına əməkdaşlıq təklifi ilə müraciət edib.