Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti bu gün Ağdam və Tərtər rayonlarında olacaq.

Nümayəndə heyətinin faktaraşdırıcı missiyasının məqsədi Ağdam və Tərtərdə ermənilərin sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törətdiyi vandalizm aktlarının monitorinqini aparmaqdır.

Qeyd edək ki, nümayəndə heyəti dünən Şuşa şəhərində olub.

Həyata keçirilən monitorinq zamanı əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.