ABŞ prezidenti Cozef Bayden 20 sentyabrda Nyu Yorkda BMT Baş katibi Antoniu Quterreşlə görüşəcək.

Bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb.

Məlumata əsasən, sentyabrın 20-də dövlət başçısı Delaver ştatından Vaşinqtona qayıdacaq. Bundan sonra Bayden Nyu-Yorka BMT Baş Assambleyasının 76-cı sessiyasına yola düşəcək və həmin gün BMT baş katibi Antoniu Quterrişlə görüşəcək.

Bayden sentyabrın 21-də səhər BMT Baş Assambleyasında çıxış edəcəyi, daha sonra Ağ Evə qayıdacağı bildirilir.(Trend)