Rəsmi Paris “Naval Group” sualtı qayıq müqaviləsininin ləğv edilməsi ilə əlaqədar ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

O bildirib ki, bu addım prezidenti Emmanuel Makronun tələbi ilə gerçəkləşib.

“Bu müstəsna qərar sentyabrın 15-də Avstraliya və ABŞ-ın birgə verdiyi açıqlamaların xüsusi ciddiliyi ilə əsaslandırılır”, deyə nazir vurğulayıb.

Xarici işlər naziri Kanberranın sualtı layihədən çəkilməsinin və yeni bir hərbi ittifaq çərçivəsində ABŞ-ın Avstraliya Hərbi Dəniz Qüvvələri ilə nüvə sualtı gəmilər yaratmağın mümkün əməkdaşlığın “müttəfiqlər və tərəfdaşlar arasında qəbuledilməz davranış olduğunu” söyləyib.(APA)