Azərbaycan və Serbiya xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü keçirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “Twitter” səhifəsində bildirilib.

Qeyd edək ki, Serbiya xarici işlər naziri Azərbaycanda iki günlük rəsmi səfərdədir. O, iyulun 25-də Azərbaycan Prezidenti ilə görüşüb.