İlin təqvimi
Bayram günləri
Tarix | Bayram | Qeydlər |
---|---|---|
1- 2 yanvar | Yeni il bayramı | Azərbaycan Respublikasında illərin hesablanması üçün Qriqori təqvimindən istifadə olunur, yanvarın 1-i və 2-i istirahət günü kimi qeyd edilir. |
8 mart | Beynəlxalq Qadınlar Günü | Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar 1910-cu ildə Kopenhagendə keçirilmiş beynəlxalq konfransda qəbul olunub. Azərbaycanda həmin gün ilk dəfə 1917-ci ildə bayram edilib. 1965-ci ildə Azərbaycan SSR-də martın 8-i iş günü hesab olunmayan bayram elan edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i bayram statusunu saxlayıb. |
20-21 mart | Novruz bayramı | Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir. Əmək Məcəlləsinə 08.12.2006 tarixli dəyişikliklə beş gün qeyri-iş günü hesab olunur. |
May 9, 2019 | Faşizm Üzərində Qələbə Günü | 1945-ci ilin bu günü keçmiş SSRİ-də mərkəzi radio ilə faşist Almaniyasının tam təslim olması barədə akt oxunub və müharıbə başa çatıb. |
May 28, 2019 | Respublika Günü | 1918 -ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb və 23 ay yaşayıb. 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. |
15 iyun | Milli Qurtuluş Günü | 1993-cü il iyunun 15-də Heydər Əliyev hakimiyyətə qayıdıb, parlamentin sədri seçilib. 1997-ci ilin iyun ayında Milli Məclis həmin günü bayram elan edib. |
26 iyun | Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü | Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə — əlahiddə korpus yaranıb. 22.05.1998 tarixli Prezident Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr Günü elan edilib. |
18 oktyabr | Dövlət Müstəqilliyi Günü | Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edilib. Həmin tarix hər il Milli Müstəqillik Günü kimi qeyd edilir. |
9 noyabr | Dövlət Bayrağı Günü | Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilib, 1920-ci ilin aprelinə qədər dövlət rəmzi olub. 17.11.2009 tarixli Prezident Sərəncamına əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. |
12 noyabr | Konstitusiya Günü | 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Əmək Məcəlləsinə 08.12.2006 tarixli dəyişikliklə iş günü hesab edilir. |
17 noyabr | Milli Dirçəliş Günü | Ermənistan rəhbərliyinin və Kremlin əməllərinə etiraz olaraq, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında ictimaiyyətin müddətsiz mitinqi başlanıb. 1992-ci ildən noyabrın 17-si Milli Dirçəliş Günü kimi qeyd edilir. Əmək Məcəlləsinə 08.12.2006 tarixli dəyişikliklə iş günü hesab olunur. |
31 dekabr | Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü | Azərbaycan Respublikası parlamentinin 25.12.1991 tarixli qərarı ilə 31 dekabr dünya azərbaycanlılarının milli həmrəylik günü elan edilib. |
Dini bayramlar
Tarix | Bayram | Qeydlər |
---|---|---|
Ay təqviminə görə dəyişir | Ramazan Bayramı | 1993-cü ildən bu bayram dövlət səviyyəsində 2 gün ərzində qeyd edilir. |
Ay təqviminə görə dəyişir | Qurban Bayramı | Qurban bayramı müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Onu müsəlman (Hicri-qəməri) təqviminin 12-ci ayı olan Zilhiccənin 10-cu günü qeyd edirlər: Məkkəyə həcc dövründə qurbanlıq heyvanlar kəsirlər. Bayram 2 gün davam edir. |
Xatirə günləri
Tarix | Bayram | Qeydlər |
---|---|---|
20 yanvar | Ümumxalq Hüzn Günü | 1990-cı ilin 20 yanvarında SSRİ rəhbərliyinin siyasətinə etiraz edərək Bakının küçələrinə və meydanlarına çıxan xalq kütlələrinə qarşı sovet ordusu hissələrinin yeridilməsi nəticəsində şəhid olanların xatirəsi yad edilir. |
26 fevral | Xocalı Soyqırımı Günü | 1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoalayının iştirakı ilə Azərbaycan xalqına qarşı törətdikləri Xocalı cinayəti qurbanlarının xatirəsi yad edilir. |
Xüsusi günlər
Tarix | Bayram | Qeydlər |
---|---|---|
2 fevral | Gənclər Günü | 01.02.1997 tarixli Prezident Sərəncamı ilə təsis olunub. |
5 mart | Bədən Tərbiyəsi və İdman Günü | 04.03.2005 tarixli Prezident Sərəncamı ilə təsis olunub. |
10 mart | Milli Teatr Günü | 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası ilk dəfə M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasını tamaşaya qoyub. 01.03.2013 tarixli Prezident Fərmanı ilə bu tarix bayram günü elan edilib. |
27 mart | Elm Günü | 09.04.2018 tarixli Prezident Sərəncamı ilə təsis olunub. |
18 iyun | Milli İnsan Hüquqları Günü | 17.06.2007 tarixli Prezident Fərmanı ilə təsis olunub. |
22 iyul | Milli Mətbuat və Jurnalistika Günü | 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi Bakıda ana dilində “Əkinçi” qəzetinin ilk sayını nəşr edib. 05.07.1991 tarixli Prezident Fərmanı ilə həmin gün bayram elan olunub. |
1 avqust | Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü | 2001-ci ilin avqust ayına kimi Azərbaycanda yeni əlifbaya keçid təmin olunub. 09.08.2001 tarixlı Prezident Sərəncamı ilə 1 avqust bayram günü elan edilib. |
2 avqust | Azərbaycan Kinosu Günü | 1898-ci il avqustun 2-də Bakıda ilk açıq film nümayişi keçirilib. 18.12.2000 tarixli Prezident Sərəncamı ilə həmin gün bayram elan olunub. |
15 sentyabr | Bilik Günü | 21.08.2005 tarixli Prezident Fərmanı ilə ölkənin təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və həmin gün bayram elan edilib. |
18 sentyabr | Milli Musiqi Günü | 18 sentyabr (1885) Azərbaycan musiqi mədəniyyətinin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. 18.09.1995 tarixli Prezident Fərmanı ilə həmin gün Milli Musiqi Günü elan edilib. |
6 noyabr | Azərbaycan Televiziyası və Radiosu Günü | Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılıb, 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlayıb. Həmin il noyabrın 6-da ilk radio verilişi efirə çıxıb. |
Festivallar
Tarix | Festival | Qeydlər |
---|---|---|
11 yanvar-13 yanvar | Bakı Qəhvə və Çay Festivalı | Festivalın məqsədi: Çay və qəhvə sənayəsinin, biznesin inkişafı, təcrűbə műbadiləsi. Festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə (Specialty Coffee Association) milli çempionat keçirilir, şirkətlərin, məhsulların, avadanlıq və aksesuarlarin sərgiləri, seminar və master-klasslar, əyləncə tədbirləri təşkil olunur. |
2 fevral | Gabalaxy | Musiqi və səyahəti sevənlər üçün bu festival Qəbələdə, açıq səma altında keçirilir. |
25 iyul-28 iyul | Jara – 2019 | Dəniz sahilində keçirilən beynəlxalq musiqi festivalında məşhur şou-biznes nümayəndələrinin çixışlarını 10 min tamaşaçı izləyir. |
26 avqust | IV Beynəlxalq Mürəbbə Festivalı | Festival Qəbələdə təşkil olunur. Buraya onlarla ölkədən (bu il – 30-dan çox) usta şirniyyatçılar, mürəbbə istehsal edən şirkətlər toplaşır. |
7 oktyabr | Alma Bayramı | Bu festival altıncı dəfə Qubada keçirilir. Bayramda etnoqrafik kompozisiyalar, milli rəqslər nümayiş etdirilir, müxtəlif alma növləri, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər sərgilənir. |
18 oktyabr-27 oktyabr | Bakı Jaz Festivalı | Bakı Beynəlxalq Caz Festivalı - seminarlar və master-klasslardan, “Uşaqlar üçün caz günü”ndən, müsabiqələrdən, sərgilərdən, dünya caz ulduzlarının şəhərin ən böyük zallarında, restoranlarında konsertlərindən və başqa tədbirlərdən ibarət forum, musıqı bayramıdır. |
3 noyabr-4 noyabr | XIII Nar Festivalı | Festival 2005-ci ildən keçirilir. Burada nardan hazırlanan maraqlı əl işləri, milli musiqi, muğam və folklor nümunələri nümayiş olunur, yarmarka, yerli fermerlərin yetişdirdikləri nar növləri və onlardan hazırlanan məhsulların sərgisi, narla bağlı müxtəlif müsabiqələr və oyunlar təşkil edilir. |
4 noyabr-5 noyabr | Xurma Festivalı | Balakəndə keçirilən bu festivalda azsaylı xalqların folklor kollektivlərinin çıxışları, mədəniyyət nümunələrinin sərgiləri təşkil olunur, xurmadan hazırlanmış kulinariya məhsulları və kompozisiyalar, kənd təsərrüfatı məhsullarının sərgiləri nümayiş etdirilir. |
Dekabrın ortaları | V Beynəlxalq Şərab Festivalı | Festival Gəncədə keçirilir, burada Azərbaycanın rayonlarından müəssisə və fərdi sahibkarlarla yanaşı, dünyanın şərabçılıq sahəsində ən qabaqcıl ölkələrinin nümayəndələri iştirak edirlər. |
Beynəlxalq idman tədbirləri
Tarix | İdman tədbiri | Qeydlər |
---|---|---|
08-09 fevral | Buta Golden kuboku | Atçılıq idmanı üzrə, konkur (Bakı) |
15-16 fevral | A.Antipovun xatirəsinə həsr olunmuş memorial | Atletika, tullanma üzrə (Bakı) |
16-17 fevral | Dünya kuboku | Batut gimnastikası və tamblinq üzrə |
23-24 fevral | Həzi Aslanov ənənəvi turniri | Cüdo üzrə, yeniyetmələr üçün (Bakı) |
24 fevral | Storm Kapoeyra kuboku | Kapoeyra üzrə (Bakı) |
10 mart | “Baku Open” turniri | Kapoeyra üzrə (Bakı) |
14-17 mart | Dünya kuboku | Qadın idman gimnastikası üzrə (Bakı) |
16-17 mart | “BAKU Open” turniri | Karate üzrə (Bakı) |
mart | “Böyük İpək Yolu” turniri | Boks üzrə (Bakı) |
mart | Beynəlxalq turnir | Futtennis üzrə (Bakı) |
06 aprel | Beynəlxalq stolüstü tennis günü ilə bağlı festival | Stolüstü tennis üzrə (Bakı) |
24-25 aprel | Peşəkarlar arasında turnir (K-1) Azərbaycan-Çeçenistan dünyaya qarşı | Kikboksinq üzrə (Bakı) |
26-28 aprel | Dünya kuboku | Bədii gimnastika üzrə (Bakı) |
26-28 aprel | Formula 1 Azerbaijan Grand Prix | Avtomobil idmanı (Bakı) |
aprel | “AGF Trophy” turniri | Bədii gimnastika üzrə (Bakı) |
29 aprel-may 12 | Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa tennis turniri | Tennis üzrə, 14-16 yaşlılar üçün (Bakı) |
aprel-may | “Bakı “Reqbi 7” festivalı | Reqbi üzrə, Bakı |
01-04 may | Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir | Stolüstü tennis üzrə, yeniyetmələr üçün (Bakı) |
02-05 may | AWPC üzrə turnir | Pouerliftinq üzrə (Bakı) |
03-05 may | Dünya kuboku | Ciyutaido üzrə yeniyetmələr, gənclər, kişilər və qadınlar üçün (Bakı) |
06-08 may | Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi turnir | Universal döyüş üzrə, kişilər və qadınlar üçün (Bakı) |
10-12 may | “Böyük Şlem” turniri | Cüdo üzrə (Bakı) |
11-12 may | Heydər Əliyevin xatirəsinə həsr olunmuş V Universiada | Kyokuşinkaykan karate və ciyutaido üzrə, tələbələr üçün (Bakı) |
13-14 may | Beynəlxalq turnir | Çimərlik voleybolu üzrə (Azərbaycan) |
14-17 may | Dünya kuboku | Kişi idman gimnastikası üzrə (Bakı) |
15-19 may | Avropa çempionatı | Aerobika gimnastikası üzrə (Bakı) |
16-19 may | Avropa çempionatı | Bədii gimnastika üzrə (Bakı) |
17-18 may | Heydər Əliyev kuboku | Atçılıq idmanı üzrə, konkur; boks üzrə, yeniyetmələr üçün (Bakı) |
17-19 may | Kubok yarışı | Səmti müəyyənetmə üzrə (Bakı-Quba-Xaçmaz) |
20-30 may | “Caspian Power Show” turniri | Strongmen üzrə (Bakı) |
May 29, 2019 | Avropa Liqası (final mərhələsi) | Futbol üzrə (Bakı) |
may | “İpək Yolu” turniri (Azərbaycan-Çin görüşü) | MMA (qarışıq döyüş sənəti) üzrə (Bakı) |
may | Dünya kuboku (1-ci mərhələ) | Mas-restlinq üzrə (Bakı) |
06-09 iyun | “Azerbaijan İnternational 2019” turniri | Badminton üzrə (Bakı) |
17-19 iyun | EEVZA çempionatı | Çimərlik voleybolu üzrə (Azərbaycan) |
28-29 iyun | Ə.Səfərovun xatirəsinə həsr olunmuş memorial | Atletika üzrə (Bakı) |
iyun-iyul | Baku Open turniri | Nərd üzrə (Bakı) |
09-10 iyul | Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir | Juboksinq Citsu (Biləsüvar) |
20-28 iyul | XV Avropa Gənclər Yay Olimpiya Festivalı | Kişi və qadın gimnastikası, atletika, basketbol, velosiped, həndbol, üzgüçülük, c üdo, tennis, voleybol, güləş üzrə (Bakı) |
İyul | Baku Open turniri | Futvolley üzrə (Bakı) |
iyul-avqust | “Qızıl əjdaha” turniri | Uşu üzrə (Bakı) |
24 iyul-1 avqust | V.Həşimovun xatirəsinə həsr olunmuş uşaq turniri | Şahmat üzrə (Bakı) |
iyul-avqust | EEVZA açıq çempionatı | Çimərlik voleybolu üzrə (Azərbaycan) |
15-18 avqust | Turan Oyunları | Alpaqut üzrə (Qəbələ) |
avqust | Beynəlxalq turnir | Stolüstü tennis üzrə, yeniyetmələr üçün (Bakı) |
avqust | “Baku Open 2019” turniri | Sindo-ryu və Pencak silat üzrə (Bakı) |
06-07 sentyabr | Elite H&P Club kuboku | Atçılıq idmanı, konkur (Bakı) |
16-22 sentyabr | Dünya çempionatı | Bədii gimnastika üzrə (Bakı) |
16-22 sentyabr | Payız kuboku (1-ci turnir) | Tennis üzrə, 18 yaşlılar üçün (Bakı) |
20-30 sentyabr | “BAKU-OPEN” Şahmat Festivalı | Şahmat üzrə (Novxanı) |
21-23 sentyabr | Qran-Pri Azərbaycan beynəlxalq yarışı | Sportinq üzrə (Bakı) |
23-29 sentyabr | Payız kuboku (2-ci turnir) | Tennis üzrə, 18 yaşlılar üçün (Bakı) |
24-29 sentyabr | “Baku Masters” turniri | Çimərlik voleybolu üzrə (Azərbaycan) |
25-27 sentyabr | Makkabi festivalı | Şərq döyüş növləri üzrə (Bakı) |
sentyabr | “GymBala” turniri | Bədii gimnastika üzrə (Bakı) |
sentyabr | “Azerbaijan Open” açıq çempionatı | Kikboksinq üzrə (Bakı) |
sentyabr | “Xəzər kuboku” | Motokross üzrə (Bakı) |
sentyabr-noyabr | Dünya kuboku | Zorxana və pəhləvan güləşi üzrə (Bakı) |
17-21 oktyabr | Azərbaycanın Müstəqilliyinin bərpa olunması gününə həsr olunmuş turnir | Taekvondo üzrə (Bakı) |
22-27 oktyabr | Dünya çempionatı | Futzal üzrə (Bakı) |
oktyabr | Beynəlxalq seminar | Aykido üzrə (Bakı) |
oktyabr | Döyüş növləri dünya festivalı | Muay Tay üzrə (Bakı) |
oktyabr | Avrasiya çempionatı | Uşu üzrə (Bakı) |
11-13 noyabr | Peşəkarlar arasında II turnir (K-1, Lokik) | Kikboksinq üzrə, qadınlar üçün, (Bakı) |
22-24 noyabr | II dünya çempionatı | Alpaqut üzrə (Bakı) |
07-08 dekabr | Dünya kuboku | Juboksinq Citsu (Bakı) |
09-22 dekabr | Çövkən milli atüstü oyunu üzrə Prezident kuboku | Atçılıq idmanı üzrə, konkur (Bakı) |
13-15 dekabr | Beynəlxalq festival | Vinq Çun döyüş sənəti üzrə (Bakı) |
24-27 dekabr | 41-ci dünya çempionatına seçmə yarışı | Qalaqapı üzrə (Bakı) |
dekabr | Abbas Ağalarov kuboku 2019 | Boks üzrə (Bakı) |
Beynəlxalq sərgilər və konfranslar
Tarix | Sərgi/Konfrans | Qeydlər |
---|---|---|
14-15 fevral | Davamlı inkişafın sosial-iqtisadi problemləri (konfrans) | https://www.esd-conference.com/conference/38 |
20-22 fevral | Caspian Realty (sərgi) | Daşınmaz əmlak və investisiya sərgisində müxtəlif ölkələrdən şirkətlər iştirak edir. |
04-06 aprel | AİTF 2019 ( 18-ci səyahət sərgisi) | Turizm industriyasını təmsil edən çoxsaylı şirkətlərin iştirakı ilə təşkil olunur. |
06 aprel | 1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresi | www.ferqliferqler.az |
15-17 aprel | HOREX Caucasus 2019 (sərgi) | Sayca 13-cü olan bu beynəlxalq sərgi otel, restoran və supermarketlərə həsr edilir. |
16-18 aprel | Narkotiklərlə Mübarizə üzrə 36-cı Konfrans | https://www.youtube.com/watch?v=-EYjDLKFBd8 |
25-27 aprel | V Avropa İqtisadi Konqresi | Azərbaycan, Türkiyə və Polşa universitetləri tərəfindən təşkil olunan konfransda dünya iqtisadi mühitinə inteqrasiya məsələləri müzakirə olunur. |
29-30 aprel | Gənc tədqiqatçıların konfransı | http://yric.az/ |
02 -03 may | V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu | http://mct.gov.az/az/umumi-xeberler/forum-acilis |
02-03 may | Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri (konfrans) | https://gdu.edu.az/beyn%C9%99lxalq-elmi-konfrans-2/ |
07-08 may | Azərbaycanşünaslığın aktual problemləri üzrə X konfrans | https://bsu-uni.edu.az/az/announce/197 |
15-17 may | 13-cü kənd təsərrüfatı sərgisi | www.caspianagro.az |
23-24 may | Qafqazşünasların II Forumu | http://www.science.gov.az/news/open/9667 |
29 may-1 iyun | XXVI Xəzər Neft və Qaz sərgisi | Hər il keçirilən sərgi neft-qaz sahəsinin yüksək səviyyəli mütəxəssislərini, global energetika sektorunun aparıcı şirkətlərini bir araya gətirir. |
19-21 iyun | Nadir şah Əfşara həsr olunmuş konfrans | http://www.science.gov.az/news/open/10137 |
19-23 iyun | Qloballaşma dövründə Azərbaycan və ümumtürk tarixinin actual problemləri | http://www.science.gov.az/news/open/9975 |
12-14 sentyabr | 2-ci hədiyyələr və promo məhsulları sərgisi | www.promofair.az |
12-14 sentyabr | 2-ci reklam və çap işləri sərgisi | www.adprint.az |
10-12 oktyabr | 13-cü təhsil sərgisi | www.eduexpo.az |
10-12 oktyabr | 13-cü Karyera sərgisi | www.careerexpo.az |
17-18 oktyabr | Türkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında modifikasiya problemləri (konfrans) | Konfrans görkəmli rejissor Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunur |
22-25 oktyabr | BakuBuild 2019 (sərgi) | Bu ənənəvi beynəlxalq tikinti sərgisinə Avropa və Asiyadan şirkətlər toplaşır. |
23-25 oktyabr | Riyaziyyat və mexanikanın müasir problemləri (konfrans) | http://www.imm.az/exp/konfranslar-2/ |
06-07 noyabr | 1-ci Tibb innovasiyaları sərgisi və forumu | www.medinex.az |
06-07 noyabr | 1-ci Gözəllik industriyası sərgisi | www.beautyexpo.az |
13-15 noyabr | 10-cu Yubiley Ətraf mühit sərgisi | www.caspianecology.az |
21 noyabr | İslam fəlsəfəsində Nəsimi fenomeni (konfrans) | http://www.science.gov.az/news/open/10218 |
noyabr | Gender bərabərliyi və müasir Azərbaycan (konfrans) | Konfransda gender bərabərliyinin təmin edilməsi problemləri müzakirə edilir. |
03-06 dekabr | 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransı | www.bakutel.az |
4 dekabr | 2-ci Müzakirə Platforması | www.techtalks.az |